"Fənərbaxça"nın sabiq futbolçusu Serhat Akına silahlı hücum olub.
İdman.biz xəbər verir ki, bunu o, sosial media hesabında açıqlayıb.
Bildirib ki, Kavacık məhəlləsində Şəhid Leytenant Ali Yılmaz küçəsində naməlum şəxs və ya şəxslərin hücumuna məruz qalıb. Hücum zamanı ayağından yaralanan veteran futbolçu Ataşehirdəki özəl xəstəxanalardan birinə aparılıb. Akının səhhətinin yaxşı olduğu bildirilir.
O, yaralanan ayağının fotosunu da paylaşıb və qeyd edib ki, proqramdan sonra ona atəş açıblar: “Son sözümüz "Fənərbaxça"dır".
Hadisə yerində araşdırma aparan polis təcavüzkarı və ya təcavüzkarları tutmaq üçün işə başlayıb.
Qeyd edək ki, Akın 2000-2005-ci illərdə “Fənərbaxça”nın şərəfini qoruyub.
İdman.biz