Fransa millisinin və “Tottenhem”in sabiq futbolçusu Paskal Şimbonda keçmiş klubunun “Qarabağ”la bugünkü matçından gözləntilərini açıqlayıb.
İdman.biz xəbər verir ki, 2006-08 və 2009-cu illərdə London təmsilçisinin formasını geyinən 45 yaşlı futbol veteranı qarşılaşmada iki qol vurulacağı qənaətindədir.
Zinəddin Zidanın finalda rəqibinə kəllə atdığı DÇ-2006-nın gümüş mükafatçısı olan sabiq müdafiəçi “Qarabağ”ın səfərdən xalsız dönəcəyini düşünür: “Tottenhem”in heyəti əhəmiyyətli dərəcədə dəyişib. Buna baxmayaraq, londonlular bu gün axşam qələbə qazanacaqlar. Düşünürəm ki, bu matçda 2:0 hesabı qeydə alınacaq”.
Qeyd edək ki, Paskal karyerası ərzində “Havr”, “Bastiya”, “Blekbern”, “Uiqan”, KPR, “Sanderlend”, “Donkaster”, “Karlayl” və “Avinyon” klublarında da forma geyinib.
İdman.biz
