“Məni düzgün başa düşün, biz futbol oynamağı sevirik”.
İdman.biz xəbər verir ki, bunu “Tottenhem”in futbolçusu Son Xın Min deyib.
O, “Qarabağ”la sabahkı görüşə həsr olunan mətbuat konfransında özünün və komandanın durumundan danışıb: “Amma futbol təkcə oyunlardan deyil, hazırlıq prosesi və səfərlərdən də ibarətdir. Yüklənmə həddən artıq çox olur. Təqvim çox sıxdır. Bu üzdən də futbolçular tez-tez zədələnir. Belə olması düzgün deyil”.
Qeyd edək ki, “Tottenhem” – “Qarabağ” matçı sabah Bakı vaxtı ilə 23:00-da başlayacaq.
İdman.biz