"Qarabağ" bu gün Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçına çıxıb.
İdman.biz xəbər verir ki, Ağdam klubu səfərdə HİK-lə görüşüb.
Ötən həftə Bakıda 2:1 hesabı ilə qalib gələn ağdamlılar Finlandiyada üstünlüyünü qorumağa çalışıblar.
"Qarabağ" bu səddi adlayıb, avrokubokların qrupunda (ən azı Konfrans Liqasında) yerini təmin edib. Ağdamlıları Avropa Liqasının pley-offunda Sloveniya "Olimpiya"sı gözləyir.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayıb.
UEFA Avropa Liqası
III təsnifat mərhələsi, cavab oyunu
20:00. HİK (Finlandiya) - "Qarabağ" (Azərbaycan) 1:2
Qol: Hostikka, 10 - T.Bayramov, 45+3. Benzia, 55.
Qırmızı vərəqə: Benissan, 16.
Baş hakim: Villy Delajod (Fransa)
Helsinki Futbol stadionu
İlk oyun - 1:2
İdman.biz