Azərbaycanlı hakim-inspektor Almaniya və Polşa yığmalarının görüşünə təyinat alıb

Xəbərlər
4 Oktyabr 2023 15:28
96
Azərbaycanlı hakim-inspektor Almaniya və Polşa yığmalarının görüşünə təyinat alıb

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev ilk dəfə UEFA-dan təyinat alıb.

İdman.biz xəbər verir ki, o, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının ilkin seçmə mərhələsinin 5-ci qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.

Bu qrupda Almaniya, Polşa, Şimali Makedoniya və Qazaxıstan milli komandaları mübarizə aparacaq.

Oyunlar oktyabrın 11-dən 17-dək Polşada təşkil olunacaq.

İdman.biz