“Milli ilə hazırlığa yeni başlamışıq”.
İdman.biz xəbər verir ki, bunu İsveç millisinin baş məşqisi Yan Dal Tomasson Millətlər Liqası çərçivəsində Azərbaycan millisi ilə qarşılaşacaqları oyundan öncə keçirilən mətbuat konfransında deyib.
Təcrübəli mütəxəsiss bildirib ki, komanda gündən-günə daha yaxşı oynayacaq: “Bizi komanda da fərqli oyunçuları sınaqdan keçiririk. Sabah mütləq qələbə qazanmalıyıq. Komandam çox istəklidir. Burada yaxşı çıxış edəcəyə çalışacağıq. Milli komandanı təmsil etdiyimiz üçün düzgün qərarlar verməliyik. Oyuna maksimum köklənməliyik”.
- Azərbaycan millisi barədə nə dərəcədə məlumata sahibsiniz?
- Rəqibimiz evdə çox yaxşı oynayır. İsveçlə əvvəlki oyunda 3:0 qələbə qazanmışdılar. Sabah bizi ciddi oyun gözləyir. Sabah səbirlə çıxış etməli, diqqətlə oynamalıyıq.
- Fernandu Santuşun komandası sabah hücum futbolu oynayacağı gözlənilir. Bəs siz iki hücumçu ilə oynamağı düşünürsüz?
- Əsas məqsədimiz hücumameyilli futbol oynamaqdır. Bu daha maraqlıdır. Lakin biz düzgün balansı tapmalıylq. Hər iki hücumçumuz sabah çıxış edəcək.
- Oyuna hazırlıq mərhələsi necə keçib?
- Oyunçuların bəziləri milliyə gec qoşulub. Həm öz oyunumuzla, həm də rəqiblə bağlı tez-tez danışırıq. Futbolçuları görəndə məndə pozitiv hisslər yaranır.
- Sabah ki havanın isti olması komandaya necə təsir edəcək?
- Sabah soyuq da ola bilər. Bu oyuna təsir etməyəcək. Biz öz oynumuzu göstərəcəyik.
- Heyətlə bağlı ciddi problemlər var?
- Sabah biz 11 nəfərlə kifayətlənmirik. Digər futbolçularımız da meydana daxil olacaqlar. İnanıram ki, hər birimiz sabahki matçda əlimizdən gələni edib nəticə qazanacayıq. Biz öz sistemimizə uyğun olan futbolçuları seçirik. Hücumameyilli, qayda-qanunlara riayət edən və yaxşı nəticə verən. Bütün bu amilləri özündə əks etdirəni seçirik.
Banuçiçək Hüseynli
İdman.biz