“Bu format sizin üçün də gözlənilməz oldu”
İdman.biz xəbər verir ki, bunu “Neftçi”nin media üzrə koordinatoru Rüstəm Əfsərli deyib.
Komanda rəsmisi bildirib ki, mətbuat konfransı uzun müddət öncə planlaşdırılıb: “Bu məsələnin komandanın nəticələrinə adiyyati yoxdur. Çalışacağıq ki, ayda 2-3 dəfə bu cür mətbuat konfransları təşkil edək və komadanın durumu barədə danışaq. Müxtəlif media orqanlarından həftə ərzində suallar gəlir və bəzən bu suallar cavabını tapmır. Ona görə də belə qərara gəldik ki, bu cür konfransları artıraq”.
- Niyə ilk mətbuat konfransında məhz Rüstəm Əfsərli jurnalistlərin qarşısına çıxdı?
- Bu mənim vəzifə təlimatlarımdan biridir. Mətbuatla ünsiyyət, klub siyasətinin ictimaiyyətə düzgün formada çatdırılması əsas işimdir. Klubun fəaliyyətinin və prioritetlərini cəmiyyətə çatdırmaq bizim üçün vacibdir. Klub barədə lazımı məlumatı baş məşqçi cavablandıra bilər. Bunu da həftədə bir dəfə oyundan sonra reallaşdırmaq imkanınız var. Komanda quruculuğu ilə bağlı və meydandakı işlərlə əlaqədar baş məşqçiylə danışa bilərsiz.
- “Neftçi” mövsümün sonunda avrokuboklara vəsiqə qazana bilməsə, məsuliyyəti də Rüstəm Əfsərli üzərinə götürəcək?
- “Neftçi” avrkouboklara vəsiqə qazanacaq. Komandanın çıxışına cavabdeh baş məşqçidir. Düşünürəm ki, mövsümün sonunda nəticədən aslı olmayaraq hər birimizin olacaq.
- Klubun məsul şəxsləri bugünkü mətbuat komfransında yoxdur. Əsas məsələlərdən biri də çıxışla bağlıdır. Bununla bağlı durumu necə dəyərləndirərdiz?
- Klubun strategiyası 3 istiqamətdə gedir. Quruculuq, A komandasının quruculugu və azarkeşlərlə iş. Bunlar bir-birilə vəhdət təşkil etməlidir. Əsas məsələ klub infrastrukturudur. Qısa müddətdə çox iş görülüb. Hələlik bazada birinci mərtəbə hazırdır. Yaxın günlərdə ikinci mərtəbə də istifadəyə veriləcək və futbolçuların orada qalması təmin ediləcək. Mətbuat nümayəndələri də həmin bina ilə tanış olacaqlar. “Neftçi” Arena”nın ot örtüyü ilə bağlı məlumatlar da yayıldı. Stadion bizim balansımızda deyil, AFFA-ya məxsusdur. Lakin biz yenə buraya yatırım edirik. Mövsümün əvvəlində ot örtüyü ürəyimizcə deyildi. İlk matçda azarkeşlərin istəyinə qarşı olmamaq üçün oyunu evimizdə keçirdik. Lakin ardınca stadionu dəyişməyə qərar verdik. Hazırda da bununla bağlı işlər gedir və ciddi irəliləyiş var. Sentyabrın 20-də “Qarabağ”la oyunu məhz “Neftçi Arena”da keçirəcəyik. Uzun müddətdir stadionda bu məsələ ilə bağlı kiçik işlər aparılıb. Hazırda ot örtüyü ilə bağlı işlər gedir. Bu arena hava keçidinə görə digərlərindən fərqlənir. Xüsusilə yay aylarında havalandırmada problem olduğu üçün ot örtüyünə ciddi zərər verir.
- Transfer məsələləri ilə bağlı son durum nə yerdədir?
- “Neftçi”də transferlər baş məşqçinin istəyilədir. Mövqelər üzrə futbolçular istənilir və ona təqdim edilərək seçilir. Danışıq prosesində isə müəyyən problemlər ortaya çıxa bilər. Hansı futbolçu ilə danışqlar uğurla yekunlaşırsa, bu, ictimaiyyətə çatdırılır.
- Bir çoxları düşünür ki, idman ictaimiyyətinin sizə olan sevgisinə görə “Neftçi” Əfsərlidən qalxan kimi istifadə edir. Bu mətbuat konfransı ilə bağlı təklif sizdən gəlib?
- Bu iddia əsassızdır. Mətbuatı və azarkeşləri sakitləşdirmək üçün belə addım atılmayıb. Klubda iki yaxşı danışan var - biri Asəfdir, biri də mən. Çünki biz də mətbuatdan gəlmişik. Klubda hər kəsin öz işi var və hamı işi ilə məşğuldur. Klubun icraçı direktoru strukturu formalaşdırmaqla məşğuldur. Bu konfransla bağlı qərar ümumi təşəbbüsdən irəli gəlir.
- Mətbuatda Qara Qarayevlə bağlı çoxsaylı yazılar gedir. Baş məşqçi də onu ehtiyatda saxladığını dedi. Maraqlıdır, Qarayev komandada qalacaq, yoxsa yox? Həmçinin kapitan Emin Mahmudovla da bağlı eyni fikirlər səslənir...
- Qara Qarayev Azərbaycan futbolunda iz qoyub. Futbol tariximizdə müəyyən işlər görüb. O, əsl futbol adamıdır. Hər birimiz Qara ilə bağlı böyük hörmətlə danışırıq. Meydanda baş verənlərə və futbolçu seçimi ilə bağlı baş məşqçinin qərarın isə qarışa, müdaxilə edə bilmərik. Hazırda Qara Qarayevin gələcək karyerası və “Neftçi”də davam etməsi ilə bağlı açıqlama vermək mümkün deyil. Bunla bağlı danışıqlar gedir. Düşünürəm ki, anlayışla qarşılayacaqsınız. Azarkeş tənqid etməkdə və tərifləməkdə azaddır. Emin Mahmudova gəlincə, o, komandamızın kapitanıdır və bizimlə müqaviləsi var. Tranferlərlə bağlı isə bir futbolçu tibbi müayinədən keçir. Sabah yəqin ki, onun adını açıqlayacağıq. Sol cinah müdafiəçisidir.
- Azarkeşlər üçün tribunada xüsusi yerlə bağlı yenilik gözlənilir?
- Bununla bağlı işlər gedir. Stadiondakı digər işlərin də “Qarabağ”la matça kimi bitməsi gözlənilir. Oturacaqlar dəyişdiriləcək və açılıb bağlanan formada ağ-qara rənglər də olacaq. Səs sistemi, işıqlandırma və s. bütün bunların hamısı yenilənəcək.
- Zirə İdman Kompleksinin stadionundakı oyununuzdan sonra çox müzakirələr getdi ki, “Neftçi” “Sabah”la ev matçının yerini dəyişə bilərdi. Rəqibə bunu təklif etmişdiz?
- Azərbaycanda stadion tapmaq çox çətindir. Müəyyən klubların məşq etməklə bağlı belə problemləri var.
- Növbəti mətbuat konfranslarında da ancaq sizi görəcəyik?
- Gedişata uyğun dəyişəcək. Yeni sponsorla danışıqlarımız gedir. Bu mətbuat konfransının komandanın nəticəsinə adiyyatı yoxdur. Yeni furbolçuların təqdimatı ilə bağlı konfranslar keçirəcəkdik. Hadisələr sürətlə cərəyan etdi. Növbəti konfranslarda icraçı direktorla və digər rəsmilərlə də görüş olacaq.
- Son iki turda futbolçularınıza müsahibə verməklə bağlı qadağa qoyulub. Bu nə vaxt aradan qaldırılacaq?
- Bu, gözləmədir, qadağa deyil. Bu gündən etibarən futbolçularımızla söhbət edə bilərsiz. Oyuna ən azı bir gün qalmış müsahibə etməsəz yaxşı olar. Matçdan sonra isə mikszonada danışmaq da mümkündür. Bunlar məcbur da deyil.
- “Neftçi” kimi köklü kluba stadion lazım deyil?
- Təbii ki, lazımdır. Amma reallıqlar var. Bizim 2 il sonra müasir standartlara cavab verəcək stadionumuz olacaq desək, yalan olar. Amma bu barədə planlarımız var. Sadəcə zamana ehtiyac var. Ümid edək ki, bununla bağlı yaxın zamanlarda müəyyən işlərə başlanılacaq.
- “Neftçi”də hazırda neçə rəhbər var?
- Bir rəhbər var. Müşahidə Şurasının sədri cavabdehlik daşıyır.
- Son 6 həftəlik bir müddətdə komandada xoş təəssürat yoxdursa, bundan sonra nəyinsə dəyişəcəyinə inanırsız?
- Bu barədə nəsə deyə bilmərəm. Şənbə günü sualınızı baş məşqçiyə verərsiz. Mənim isə gözləntilərim çox nikbindir. Klubun bütün fəaliyyətinin içindəyəm. Hamı öz işini məqsədyönlü şəkildə həyata keçirir. Baş məşqçi də 24 saat çalışır. Dəfələrlə onunla ünsiyyətdə olmusuz. Roman Qriqorçuk həm ölkəsində, həm də xaricdə dəfələrlə çempion olub. Onun nəyə qadir olduğunu bilirik. İdeyalarını aşılamaq üçün zamana ehtiyacı var. Bu həftədən etibarən “Neftçi”nin daha yaxşı oynayacağını düşünürəm. Şəxsi fikrimdir.
- Mətbuatda Qriqorçukun klubu tərk etmək istəyi ilə bağlı yazılara da rast gəlinir. Bu barədə nə düşünürsüz?
- Həmin yazıların mənbəsi yoxdur. Ötən həftə rəhbərliyə öz narazılığını bildirib. Amma bu nəylə bağlıdır, heç mən də bilmirəm. Klub olaraq baş məşçiyə yardım edib, nəticələrin dəyişməsi üçün köməklik göstərməliyik.
- Avropa standartlarına uyğun klub formalaşdırıldığını deyirsiniz. Nə “Qarabağ”da, nə də “Zirə”də “Köhnə qitə”dən gələn kimsə yoxdur. Amma onlar hazırda sizdən irəlidədirlər. Bəlkə Avropadan deyil, öz klublarımızdan nəyisə götürəsiz?
- Hər bir klubun öz yolu var. Biz avqustda bu yolun yekunları haqda danışa bilmərik. İnanırıq ki, mövsümün sonunda seçilən yol doğru olduğunu görəcəyik. Avropanın qabaqcıl standartlarını götürüb, öz realıqlarımızı nəzərə alaraq irəliləmək istəyirik. Nəyin necə alınacağını zaman göstərəcək.
- ”Neftçi” Qriqorçuk gəldikdən sonra atletik futbola üstünlük verir. Sizcə, baş məşqçi əlində olanlara uyğun sistem yaratmalı deyil?
- Mən komandanın hansı oyun üslubunda çıxış etməsi ilə bağlı danışa bilmərəm. Hücum futbolu mənim də arzuladığım bir haldır. “Neftçi”nin azarkeşləri də bunu istəyir. Amma istəklə nəsə olmur.
- “Neftçi TV”də köhnə verlişlər yayımlanır. Kanalın peykə çıxması və böyüməsi üçün nə çatmır?
- Buna can atırıq. Bizdən öncə “Neftçi TV”ni yaradanların da ilk məqsədi bu olub. Ağır və çətin prosesdir. Kadrlarımızın sayı artmalıdır və televiziyanı inkişaf etdirməliyik. Köhnə verlişləri də artıq saxlayacağıq və yeni layihələrlə bağlı prosesə başlayacağıq.
Banuçiçək Hüseynli
İdman.biz