Tahir Gözeldən komandaya dəstək

12 Avqust 2024 22:36
506
Tahir Gözeldən komandaya dəstək

Çempionlar Liqasının III təsnifat mərhələsində “Lüdoqorets”lə qarşılaşacaq “Qarabağ” cavab oyununun keçiriləcəyi Bolqarıstana yola düşüb.

İdman.biz xəbər verir ki, klubun prezidenti Tahir Gözel çətin səfər matçında komandanı dəstəkləyəcək.

O, komandamızın yanında olmaq, qarşılaşmanı canlı izləmək üçün Razqrada yollanıb. Səfərə komanda ilə birgə çıxan klub prezidenti yolboyu futbolçularla səmimi söhbət edib və onlara inamını ifadə edib.

Qeyd edək ki, Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində sabah keçiriləcək “Lüdoqorets” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

İdman.biz