Azərbaycanın iki ən titullu klubu “Qarabağ”la “Neftçi” arasında oyunların vaxtları bəlli olub.
İdman.biz xəbər verir ki, Premyer Liqanın 2024/25 mövsümündə 4 dəfə üz-üzə gələcək komandaların ilk dueli VII tura təsadüf edəcək.
Bakı klubu I və III dövrədə ev sahibi olacaq. II və IV dövrənin duelləri Ağdam təmsilçisinin meydanında keçiriləcək.
VII tur, 20-22 sentyabr 2024-cü il
"Neftçi" - "Qarabağ"
XV tur, 29 noyabr - 1 dekabr 2024-cü il
"Qarabağ" - "Neftçi"
XXIII tur, 14-16 fevral 2025-ci il
"Neftçi" - "Qarabağ"
XXXI tur, 18-20 aprel 2025-ci il
"Qarabağ" - "Neftçi"
İdman.biz