"Sabah"ın Konfrans Liqasındakı rəqibi "Makkabi" növbəti yoxlama matçında qüvvəsini sınayıb.
İdman.biz xəbər verir ki, Hayfa təmsilçisi ölkənin Olimpiya yığması ilə qarşılaşıb.
Görüş hayfalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Makkabi" erkən qol buraxsa da, Din David 9-cu dəqiqədə bərabərlik topunun müəllifi olub. Fasilədən sonra haitili forvard Frantsdi Pyerrot qələbə qolunun müəllifi olub.
Qeyd edək ki, "Sabah"la "Makkabi" arasında ilk oyun iyulun 25-də Macarıstan keçiriləcək. Cavab matçı avqustun 1-də Bakıda olacaq.
İdman.biz