AFFA-dan danışılmış oyunlarla bağlı seminar - FOTO

Xəbərlər
4 İyul 2024 14:27
94
AFFA-dan danışılmış oyunlarla bağlı seminar - FOTO

AFFA danışılmış oyunlarla bağlı növbəti seminar təşkil edib.

İdman.biz xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.

Salyan “Kainat Tədris Mərkəzində”, Gəncə şəhərindəki “Kəpəz”in akademiyasında və Mingəçevir şəhər “Gənclər evi”ndə Cənub və Şimal-Qərb regionlarının I, II və III kateqoriya hakimləri üçün danışılmış oyunlarla bağlı seminar keçirilib. UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Seymur Səlimli “Danışılmış oyun haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.

Seminarda “Danışılmış oyunlar”a qarşı mübarizə mövzusunda əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb. Danışılmış oyunların yerli və beynəlxalq nümunələri seminar iştirakçılarına təqdim edilib. İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında seminar iştirakçılarına məlumat verilib.

Seminar iştirakçılarına bildirilib ki, bu cür neqativ hallarla və ya şübhəli məqamlarla qarşılaşdıqda müvafiq məlumat göndərə bilərlər.

İdman.biz

Məqalədə: