Londonun “Arsenal” futbol klubu transfer pəncərəsinin bağlanmasından sonra komandanın baş məşqçisi Mikel Arteta ilə yeni uzunmüddətli müqavilənin uzadılmasını yekunlaşdırmaq üzrədir.
İdman.Biz xəbər verir ki, tərəflər arasında danışıqlar son həftələrdə əhəmiyyətli dərəcədə sürətlənib və razılaşmanın tezliklə əldə olunacağına əminlik yaranıb.
Klubun icraçı direktoru Riçard Qarlik yeni müqavilənin təsdiqlənməsinin sadəcə “vaxt məsələsi” olduğunu bildirib.
Hazırkı müqaviləsi gələn yay başa çatacaq ispaniyalı mütəxəssisin yeni anlaşma ilə əhəmiyyətli maaş artımı alaraq dünya futbolunun ən çox qazanan baş məşqçilərindən birinə çevriləcəyi gözlənilir.
Arteta 2019-cu ilin dekabrında “Arsenal”ın baş məşqçisi təyin olunub. O, bu müddətdə London klubunda ciddi dəyişikliklərə nail olub və ötən mövsüm komandanı 22 ildən sonra ilk Premyer Liqa çempionluğuna daşıyıb.
“Topçular” bu mövsüm Premyer Liqada titulunu qorumaq mübarizəsinə də uğurlu başlayıb. Komanda keçirdiyi üç matçın hamısında qələbə qazanıb.
