Azərbaycanlı hakim Konfrans Liqasında

Xəbərlər
27 İyun 2024 20:21
679
Azərbaycanlı hakim Konfrans Liqasında

Azərbaycanlı hakimlər briqadası UEFA Konfrans Liqasına təyinat alıb.

İdman.biz xəbər verir ki, FIFA referisi Kamal Umudlu I təsnifat mərhələsində Albaniyanın "Vlajniya" və İslandiyanın "Valyur" klubları arasında keçiriləcək cavab oyununu idarə edəcək.

Qarşılaşmada ona yan xətt hakimləri Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Tural Qurbanov yerinə yetirəcək.

Qeyd edək ki, oyun iyulun 18-də Albaniyanın Şkoder şəhərində keçiriləcək.

İdman.biz