ABŞ-da keçirilən Amerika kubokunda qrup mərhələsinin oyunları davam edir.
İdman.biz xəbər verir ki, C qrupunda ilk turun matçları keçirilib.
Meydan sahibləri Boliviyanı ilk 45 dəqiqədə vurulan iki cavabsız qolla məğlub edib. Uruqvay isə Panama ilə məhsuldar görüşdə üç xala sevinib – 3:1.
Qeyd edək ki, bu gecə D qrupunda ilk tura start veriləcək.
Amerika kuboku
Qrup mərhələsi
I tur, C qrupu
24 iyun
ABŞ – Boliviya – 2:0
Kristian Pulişiç, 3, Folarin Baloqun, 44
Uruqvay – Panama – 3:1
Maksimiliano Arauxo, 16, Darvin Nunyes, 85, Matias Vina, 90+1 – Mikael Murilyo, 90+4
İdman.biz