“Qarabağ”a Çempionlar Liqasında 21 rəqib

Xəbərlər
19 İyun 2024 02:00
970
“Qarabağ”a Çempionlar Liqasında 21 rəqib

"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki mümkün rəqiblərinin ilkin siyahısı bəlli olub.

İdman.biz xəbər verir ki, bu, I təsnifat mərhələsinin püşkatmasından sonra dəqiqləşib.

Azərbaycan çempionu sabah keçiriləcək püşkatmada səpələnmiş olacaq. Təmsilçimizin mümkün rəqiblərinin yer aldığı səpələnməmişıər səbətində 11 cüt və birbaşa mübarizəyə başlayacaq 1 klub yer alıb.

Amma "Dinamo" Mn – "Pünik" cütünün qalibi "Qarabağ"a rəqib ola bilməz. Bu üzdən Azərbaycan çempionu 10 cüt və 1 klub, yəni 21 mümkün rəqib gözləyir.

Lakin püşk ərəfəsində UEFA hər səbətdəki 12 variantı qruplara böləcək. Həmin vaxt Qurban Qurbanovun yetirmələrinin mümkün rəqiblərinin sayı da azalacaq.

Səpələnmişlər
PAOK
"Makkabi" TƏ
"Ferentsvaroş"
"Qarabağ"
"Slovan" – "Struqa" cütünün qalibi
"Bodo Qlimt"
"Ludoqorets" – "Dinamo" Batumi cütünün qalibi
"Midtyulland"
"Sparta"
"Malmö"
APOEL
"Panevejis" – HİK cütünün qalibi

Səpələnməmişlər
TNS – "Deçiç" cütünün qalibi
"Borats" – "Eqnatiya" cütünün qalibi
"Hamrun" – "Linkoln" cütünün qalibi
"Balkani" – "Santa Koloma" cütünün qalibi
"Flora" – "Selye" cütünün qalibi
"Klaksvik" – "Differdanj" cütünün qalibi
RFŞ – "Larne" cütünün qalibi
"Vikinqur" – "Şemrok Rovers" cütünün qalibi
"Virtus" – "Styaua" cütünün qalibi
"Ordabası" – "Petrokub" cütünün qalibi
"Dinamo" Minsk – "Pünik" cütünün qalibi
"Yagellonya"

Qeyd edək ki, II təsnifat mərhələsinin matçları iyulun 23-24-də və 30-31-də keçiriləcək.

İdman.biz