“Qarabağ”ın iki futbolçusu “Zirə”də

Xəbərlər
13 İyun 2024 12:26
632
“Qarabağ”ın iki futbolçusu “Zirə”də

“Qarabağ”ın futbolçuları İsmayıl İbrahimli və Rüstəm Əhmədzadə “Zirə”yə icarəyə verilib.

İdman.biz xəbər verir ki, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.

Ötən mövsümdə icarə əsasında “Zirə”də çıxış etmiş futbolçular daha bir il qəsəbə klubunun formasını geyinəcək. Onlar 2024/25 mövsümünün sonuna qədər paytaxt təmsilçisinin uğurları üçün çalışacaq.

Qeyd edək ki, İsmayıl ötən mövsüm 30, Rüstəm 24 (2 qol) çempionat matçına çıxıb.

İdman.biz