Millidən əzmkar qələbə - VİDEO

Xəbərlər
11 İyun 2024 19:51
2 195
Millidən əzmkar qələbə - VİDEO

Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, yığmamız Macarıstanda keçirilən təlim-məşq toplanışında ikinci matçına çıxıb.

Arif Əsədovun rəhbərlik etdiyi komanda Qazaxıstanla üz-üzə gəlib. 5 qolun vurulduğu oyunda yığmamız qələbə qazanıb. Hesabda 0:2 geri düşməsinə baxmayaraq, futbolçularımız böyük əzmkarlıq göstərərək 3 dəfə fərqləniblər - 3:2. Mahir Emreli, Emin Mahmudov və Toral Bayramov vurulan qolların müəllifi olublar.

Millimiz dörd gün əvvəl Albaniyaya 1:3 hesabı ilə uduzub.

Qeyd edək ki, millimiz növbəti matçını sentyabrın 5-də İsveçə qarşı keçirəcək. Millətlər Liqasının ilk turunun qarşılaşması Bakıda baş tutacaq.

Yoldaşlıq oyunu
11 iyun
18:00. Azərbaycan – Qazaxıstan - 3:2
Qollar:
Mahir Emreli, 42. Emin Mahmudov, 51 (pen.). Toral Bayramov, 73 - Yan Voroqovskiy, 2. Maksim Samorodov, 28

Baş hakim: Bence Csonka (Macarıstan)
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Amil Seydiyev, 15. Bədavi Hüseynov, 5. Anton Krivatsyuk 3. Elvin Cəfərquliyev, 16. Elvin Camalov, 8. Emin Mahmudov (k), 20. Aleksey İsayev, 17. Toral Bayramov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev.
Məşqçi: Arif Əsədov
Qazaxıstan: 1. Aleksandr Zaruzkiy (Q), 4. Marat Bstrov, 24. Alıbek Kasım, 22. Aleksandr Maroçkin, 3. Nuralı Alip, 11. Yan Voroqovskiy, 7. Ramazan Orazov, 18. Adilet Sadybekov, 8. Askhat Tagybergen (k), 17. Abat Aymbetov, 10. Maksim Samorodov.
Məşqçi: Ruslan Baltiyev
Sombatxey. “Haladas SportKomplexum”

İdman.biz

Məqalədə: