“Səbail”də daha bir vida

7 İyun 2024 16:16
652
“Səbail”də daha bir vida

“Səbail” daha bir futbolçu ilə yollarını ayırıb.

İdman.biz xəbər verir ki, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.

Paytaxt təmsilçisi Vüqar Həsənovla vidalaşıb. Müdafiəçi ilə müddəti başa çatan müqavilə uzadılmayıb.

Qeyd edək ki, Vüqar başa çatan mövsümdə Premyer Liqanın iki matçında meydana çıxıb.

İdman.biz