Taleh Nəsibov: “Heç bir milli komanda bizimlə qarşılaşmaq istəmir”

5 İyun 2024 09:31
1 460
Taleh Nəsibov: “Heç bir milli komanda bizimlə qarşılaşmaq istəmir”

“Millimiz çempionata ciddi hazırlaşıb. Gözləntimiz də qrupda maksimum xalla lider olmaq idi”.

Bunu İdman.bizə Azərbaycan Minifutbol Federasiyasının vitse-prezidenti Taleh Nəsibov deyib.

O, milli komandanın Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Avropa çempionatında çıxışını dəyərləndirib. Nəsirov bildirib ki, qrup mərhələsində hər 3 oyunda qələbə qazanan minifutbolçularımız rəqiblər arasında fərq qoymayıb: “Açığı, son matç bizim üçün formal xarakter daşısa da, Fransaya uduza bilməzdik. Komandaya da görüşü qazanmaq tapşırığı verilmişdi. Futbolçularımız bunun öhdəsindən kifayət qədər yaxşı gəldilər. Gördüyüm qədərilə bütün komandalar, son 2 ildə zəif olan yığmalar bu dəfə yarışa yüksək səviyyədə hazırlaşıblar. Həqiqətən də yaxşı komandalardır. Bizimlə isə heç bir milli qarşılaşmaq istəmir. Bu da onu göstərir ki, yığmamıza ciddi yanaşırlar və narahatdırlar. Biz də hər bir oyuna ciddi yanaşırıq. Komanda bildiyi oyunu oynasa, meydana rahat çıxsa, fikirləri, psixologiyaları tam yerində olsa, finala rahat çıxa bilərik”.

Qeyd edək ki, bu gün millimiz 1/8 finalda Bolqarıstanla qarşılaşacaq. Görüş saat 19:30-da başlayacaq.

Emin Ağa
İdman.biz

Məqalədə: