“Zenit”in çempionluğu məni bezdirib. Bu il “Dinamo” titula yaxın idi”.
İdman.biz xəbər verir ki, bunu “Neftçi”nin sabiq baş məşqçisi Miodraq Bojoviç deyib.
Monteneqrolu mütəxəssis “Zenit”in Rusiyadakı hegemonluğunu növbəti qızıl medalla davam etdirməsinə münasibət bildirib: “Düşünürəm ki, ölkədə hamı onların əlindən yorulub. Onlarla rəqabət aparmaq üçün Premyer Liqanın digər klubları döyüşkən və güclü komanda yaratmalıdırlar. Heç kim onların bunu etməsinə mane olmur. Görürsüz də, “Dinamo” və “Krasnodar” rəqabətə yaxın idi. Amma başa düşürəm ki, yenə də çempionluğu əldən verdilər. Ola bilər ki, onların “Zenit” qədər təcrübəsi yoxdur. Piterdə hər il necə çempion olmağı bilirlər. Onları Çempionlar Liqasında “Real”, Almaniyada “Bavariya”, Serbiyada “Srvena Zvezda” ilə müqayisə etmək olar”.
Qeyd edək ki, Bojoviç 2023/24 mövsümü bitdikdən sonra “Neftçi”ni tərk edib.
İdman.biz