Şahin Diniyev: “Onlar seçimlərində azaddırlar” - VİDEO

Müsahibə
30 May 2024 17:34
335
Şahin Diniyev: “Onlar seçimlərində azaddırlar” - VİDEO

“28 futbolçumuz var. Onlardan soruşsanız, daha yaxşı cavab verərlər”.

Bunu “İdman Bizdə”nin qonağı olan “Səbail”in baş məşqçisi Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis klubun kapitanı Adil Nağıyevin komandadan ayrılmasından danışıb. O bildirib ki, futbolçuların seçiminə hörmətlə yanaşır: “Komandanı tərk etmək məsələsinə 2 cür yanaşmaq olar. Biri var müqaviləsi ola-ola gəmini tərk etsin, biri də var müqaviləsi bitib və komandadan ayrılır. Mən də başda olmaqla, bir çox futbolçunun razılaşması başa çatmışdı. Hər kəsin seçimi var. Premyer Liqa klublarımız maliyyə cəhətdən zəif deyillər. Futbolçuların da öz seçimləri var. Hansısa komandanı bəyənməyib, tərk etməsi təbiidir. Buna bizdə də büdcənin aşağı düşməsi təsir edə bilər. Hər bir kəsin fikirlərinə hörmətlə yanaşıram. Futbolçu ömrü çox qısadır. Onlar da maliyyə harada yaxşıdır ora getməyə çalışırlar. Kim qalacaq, kim gedəcək, bu artıq ikinci fikirdir. Bizdə 3 nəfərin müqaviləsi var idi. Bunlar David Qomis, Madi Queta və Süleyman Əhmədovdur. Bunlar qalırlar. Digərlərinin müqaviləsi bitib və onlar seçimlərində azaddırlar”.

Emin Ağa
İdman.biz

Məqalədə: