Millimizdən qollu heç-heçə - FOTO

Xəbərlər
30 May 2024 13:01
275
Millimizdən qollu heç-heçə - FOTO

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Moldovada təşkil ediləcək yoldaşlıq turnirinə hazırlıq çərçivəsində yoxlama görüşü keçirib.

İdman.biz xəbər verir ki, yığmamız “Neftçi-2” ilə qarşılaşıb.

Matç U-19 Milli Komandaların Təlim-Məşq Mərkəzində baş tutub. Görüş 1:1 hesabı ilə yekunlaşıb. Millinin heyətində qolu 45+1-ci dəqiqədə Niyazi Osmanov vurub.

Qeyd edək ki, millimiz iyunun 3-dən 11-dək Moldovanın Tiraspol şəhərində yoldaşlıq turnirində iştirak edəcək. Yığmamız iyunun 4-də, Bakı vaxtı ilə saat 20:30-da Qazaxıstanın U-19, iyunun 7-də, saat 18:00-da Türkiyənin U-20, ayın 10-da, saat 20:30-da isə Moldovanın U-19 komandası ilə üz-üzə gələcək.

İdman.biz

Məqalədə: