Mərakeşli hücumçu Messini keçib

Xəbərlər
30 May 2024 10:19
298
Mərakeşli hücumçu Messini keçib

“Olimpiakos”un futbolçusu Ayub El Kaabi avrokubok mövsümündə 16-cı qolu vurub.

İdman.biz xəbər verir ki, Konfrans Liqasının “Fiorentina” ilə final matçında fərqlənən mərakeşli hücumçu bu turnirdə 11, Avropa Liqasında 5 dəfə sevinib.

Afrikalı avrokuboklar tarixinə mövsümdə 15-dən çox qol vuran 4-cü oyunçu kimi düşüb. Onlardan biri Kriştiano Ronaldo bunu iki dəfə bacarıb – 17 və 16 qol. Rekord isə Radamel Falkaodadır – 18 top. Stefan Quivarş da 17 dəfə fərqlənməyə nail olub.

5 dəfə 15 qol səddini adlayan tapılıbsa, eyni sayda futbolçu məhz bu qədər fərqlənib. Ronaldonun 15 qolluq mövsümü də olub ki, ondan başqa Yurgen Klinsmann, Lionel Messi, Kərim Benzema və Robert Levandovski də 16-ya çatan Ayubdan geri düşüb.

1. Radamel Falkao – 18 (“Porto”, 2010/11)
2-3. Stefan Quivarş – 17 (“Oser”, 1997/98)
Krriştiano Ronaldo – 17 (“Real”, 2013/14)
4-5. Krriştiano Ronaldo – 16 (“Real”, 2015/16)
Ayub El Kaabi – 16 (“Olimpiakos”, 2023/24)
6-10. Yurgen Klinsmann - 15 ("Bavariya”, 1995/96)
Lionel Messi – 15 (“Barselona”, 2011/12)
Kriştiano Ronaldo – 15 (“Real”, 2017/18)
Robert Levandovski – 15 (“Bavariya”, 2019/20)
Kərim Benzema – 15 (“Real”, 2021/22)

İdman.biz