“Daecon” Antonsuz da uduzub

Xəbərlər
29 May 2024 21:19
198
“Daecon” Antonsuz da uduzub

Azərbaycan yığmasının futbolçusu Anton Krivotsyukun komandası Cənubi Koreya Liqa 1-də növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, “Daecon” 15-ci turda öz meydanında “Jeju” ilə qarşılaşıb.

Əvvəlki oyunda qırmızı vərəqə alan Anton bu görüşdə meydana çıxmayıb. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Daecon” son 6 oyunda 2 dəfə heç-heçə oynayıb, 4 dəfə uduzub.

Qeyd edək ki, Krivotsyukun komandası 11 xalla sonuncu pillədə qərarlaşıb.

İdman.biz