Renat Dadaşov “Hatayspor”dan ayrılıb

Xəbərlər
28 May 2024 16:05
156
Renat Dadaşov “Hatayspor”dan ayrılıb

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov “Hatayspor”dan ayrılıb.

İdman.biz xəbər verir ki, hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşıb edib.

Dadaşov azarkeşlərə vidalaşıb və hər şeyə görə Hataya təşəkkür edib.

Paylaşıma Dadaşovun “Hatayspor”dan komanda yoldaşları və azarkeşlərin müsbət rəylər yazıblar.

Qeyd edək ki, Dadaşov icarə müddəti bitdiyindən müqavilə ilə məxsus olduğu İsveçrənin “Qrashoppers” klubuna geri dönüb. 25 yaşlı futbolçu Türkiyə Superliqasında meydana çıxdığı 31 oyunda 6 qolla yadda qalıb.

İdman.biz