Ayxan Abbasov: “Dəyişiklik olacaq”

Xəbərlər
26 May 2024 20:37
238
Ayxan Abbasov: “Dəyişiklik olacaq”

"Son oyunu qələbə ilə başa vurmaq istəyirdik. Qərb derbisi idi, bu oyunlar tarixdə qalır”.

İdman.biz xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov deyib.

Gənc mütəxəssis mövsümün son turunun “Kəpəz”lə (1:0) oyununu şərh edib: “Futbol baxımından rəqibdən üstün idik. Qol epizodlarını boşa verdik. Bu gün futbolçularım müdafiədə də yaxşı oynadılar. İki ildir burada yaxşı işlər görürük. Daha da yaxşı olması üçün çalışacağıq. Keçən il bəlkə də bu xalla avrokuboklara vəsiqə qazanmaq ehtimalı var idi. Daha çox çıxarmalıyıq. Hər kəsə təşəkkür edirəm".

Ayxan Abbasov heyətdə dəyişikliklər olacağını və komandanın növbəti mövsümdə Avropa kubokları uğrunda mübarizə aparacağını bildirib: “Çempionat gedə-gedə beynimizdə fikirlər var idi. Amma yenə də son oyunu gözləyirdik. Rəhbərliklə görüşümüz olacaq. Futbolçu göndərmək asandır, gətirmək isə çətin. Dəyişiklik olacaq. Gələn il qarşımıza avrokuboklara vəsiqə qazanmağa cəhd etməyi məqsəd qoyacağıq. Amma rəqiblərdən asılıdır. Bu il avrokuboklara gedən komandaların təcrübəsi, oturuşmuş heyəti var. Biz də çalışırıq ki, belə möhkəm komanda yığaq”.

Qeyd edək ki, “Turan Tovuz” 48 xalla mövsümü 6-cı pillədə başa vurub.

İdman.biz