"Zirə"nin potensial rəqibləri - SİYAHI

Xəbərlər
26 May 2024 20:19
837
"Zirə"nin potensial rəqibləri - SİYAHI

Avropa Liqasında ölkəmizi təmsil edəcək “Zirə”nin potensial rəqibləri bəlli olub.

İdman.biz xəbər ki, Azərbaycan çempionatının gümüş mükafatçısı 1-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.

“Zirə” səpələnməmişlər səbətində yer alıb. Təmsilçimizin mümkün rəqibləri arasında “Şerif” (Moldova), “Maribor” (Sloveniya), “Tobol” (Qazaxıstan), “Visla” (Polşa), “Pafos” (Kipr) və “Pakş” (Macarıstan) var.

Qeyd edək ki, turnirin ilk mərhələsinin püşkatması iyunun 18-də olacaq. İlk mərhələnin oyunları iyulun 11-də, cavab matçları isə 1 həftə sonra olacaq.

İdman.biz