Amerika kubokunun mükafat fondu rekord olacaq

Xəbərlər
26 May 2024 14:17
252
Amerika kubokunun mükafat fondu rekord olacaq

Amerika kubokunun mükafat fondu bəlli olub.

İdman.biz xəbər verir ki, 72 milyon dollar turnir iştirakçıları arasında bölüşdürüləcək.

Kubokun qalibi 16 milyon dollar qazanacaq. Turnirdə iştirakçı ölkələr 2 milyon gəlir əldə edəcəklər. 1/4 finalçılar 2, finalçılar 7, 3-cü yerin sahibi 5, 4-cü yeri tutan komanda isə 4 milyon büdcələrini artıracaqlar.

3 il əvvəl çempionatın qalibi olan Argentina 6,5 milyon qazanıb.

Qeyd edək ki, Amerika kuboku iyunun 20-dən iyulun 14-dək davam edəcək.

İdman.biz