AVRO-2024-ün qrup mərhələsinin I turu davam edir.
İdman.biz xəbər verir ki, bu gün E qrupunda I tura yekun vurulub.
Günün ikinci matçı Frankfurtda baş tutub. Belçika gözlənilməz məğlubiyyətlə üzləşib. "Qırmızı iblislər" Slovakiyaya uduzublar. Oyunun taleyini 1 qol həll edib. 7-ci dəqiqədə Şrants fərqlənib. Belçika iki topu qapıdan keçirməyi bacarsa da, hakim offsayd qeydə alınıb.
Qeyd edək ki, E qrupunun digər oyununda Ukrayna və Rumıniya görüşəcək.
AVRO-2024
Qrup mərhələsi, I tur
17 iyun, E qrupu
20:00. Belçika - Slovakiya - 0:1
Qol: İvan Şrants, 7
Baş hakim: Halil Umut Meler (Türkiyə)
Frankfurt. "Frankfurt Arena"
İdman.biz
