Samir Abasov: “Oyunumuzla bu yeri tutduq”

Xəbərlər
26 May 2024 00:27
193
Samir Abasov: “Oyunumuzla bu yeri tutduq”

“Bizim qalibiyyətin açarı azarkeşlər idi. Şəhər göstərdi ki, lazım olan məqamda komandaya necə dəstək olmaq lazımdır. Sumqayıt futbol şəhəridir”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XXXVI turunda “Qəbələ”ni məğlub edən “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.

Təcrübəli mütəxəssis Konfrans Liqasında çıxış edəcək komandanın heyətlə bağlı problemləri olduğunu etiraf edib: “İlin əvvəlində avrokubokları qarşımıza prioritet qoymamışdıq. Oyunumuzla bu yeri tutduq. Konfrans Liqasına da təcrübə kimi baxacağıq. Əlimizdən gələni edəcəyik. Yeni komandayıq. Heyət baxımından problemlərimiz var. Bunu bir ayda həll etmək mümkün deyil. Yeni oyunçular gətirmək üçün vaxtımız azdır. Heç bir legioner futbolçu Azərbaycanı prioritet saymır. 5-6 minlik oyunçular 10 min tələb edir. Konfrans Liqasının dadını çıxaracağıq”.

Samir Abasov keçmiş komandası “Neftçi” ilə bağlı suala da cavab verib: "Neftçi" nə qazanıbsa, mənim vaxtımda qazanıb. Orada görülən yaxşı işlər var. Təzə rəhbərlik gəlib. Etmək istədikləri layihələrdən xəbərim var. Orada dostlarım çoxdur. Daha yaxşı, daha güclü "Neftçi" olacaq. Bunu əminliklə deyirəm. İstəyərdim ki, onlar da avrokuboklara getsinlər”.

Qeyd edək ki, “Sumqayıt” mövsümü 4-cü pillədə başa vurub.

İdman.biz