“Oyunun gedişində hakimin qərarına etiraz etmişdim”.
Bunu İdman.bizə “Sabah”ın U-16 komandasının köməkçi məşqçisi Nəbi Nəbizadə deyib.
O, AFFA-nın İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzalandırılmasına münasibət bildirib. Mütəxəssisin sözlərinə görə, o, etirazını sərt formada çatdırıb: “Lakin burada heç bir təhqiramiz ifadədən söhbət gedə bilməzdi. Sadəcə, qərara etirazımı bildirdim və buna görə qırmızı vərəqə aldım. Oyundan sonra da matçın hakimlərinə yaxınlaşaraq oyun zamanı olan etirazın sadəcə matçın gərginliyindən qaynaqlandığını, heç bir təhqirə yol vermədiyimi bildirdim, onlar da anlayışla qarşıladılar. Amma matçın protokolunda bu cür qeyd olunması və verilən 5 oyunluq cəza düzü məni təəccbüləndirdi”.
Qeyd edək ki, U-16 Liqasında keçirilən EFA - “Sabah” matçında hakimlər briqadasını təhqir etdiyinə görə qırmızı vərəqə alıb və cəzalanıb.
Banuçiçək Hüseynli
İdman.biz
