PSJ prezidenti Naseer Əl-Xelaifi ilə hücumçu Kilian Mbappe arasında dava baş verib.
İdman.biz xəbər verir ki, hadisə dünən “Tuluza” ilə oyundan əvvəl yaşanıb.
Fransa mətbuatı klub rəhbərinin futbolçunu vida videomüraciətində onun adını çəkmədiyinə görə günahlandırdığını yazıb. Onlar xüsusi otaqda təklikdə mübahisə ediblər, hətta dava səsləri eşidilib.
Qeyd edək ki, Mbappe mövsümün sonunda PSJ-ni tərk edəcəyini açıqlayıb. “Park-de-Prens”də keçirilən son ev oyununda klub ulduz futbolçu üçün vida mərasimi təşkil etməyib.
İdman.biz