AFFA komanda sayı və limiti müzakirə edəcəyi tarixi açıqlayıb

Xəbərlər
11 May 2024 11:04
187
AFFA komanda sayı və limiti müzakirə edəcəyi tarixi açıqlayıb

AFFA-nın İcraiyyə Komitəsinin iclasının vaxtı və gündəliyi bəlli olub.

İdman.biz xəbər verir ki, bunu assosiasiyanın mətbuat xidməti açıqlayıb.

Tədbir mayın 13-də AFFA-nın inzibati binasında keçiriləcək. Saat 15:00-da başlayacaq iclasın gündəliyində 4 məsələ yer alıb.

1. AFFA-nın inkişafı strategiyasının müzakirəsi
- İnkişaf hədəflərinin müəyyən olunması
- Strategiyanın yazılması

2. Azərbaycan Premyer Liqasında komanda sayının artırılmasının müzakirəsi

3. Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümündə tətbiq olunacaq legioner limitinin müzakirəsi

4. 2024-cü il üçün AFFA büdcəsinin müzakirəsi.

İdman.biz

Məqalədə: