“Real”da itki

Xəbərlər
9 May 2024 17:42
75
“Real”da itki

“Real”ın futbolçusu Orelyern Tçuameni zədələnib.

İdman.biz xəbər verir ki, bunu İspaniya klubunun mətbuat xidməti açıqlayıb.

Uzun müddətdir ağrılarla oynamalı olan 24 yaşlı yarımmüdafiəçinin qarşıdakı matçları buraxacağı gözlənilir. Onun Çempionlar Liqasının Dortmund “Borussiya”sı ilə final qarşılaşmasını buraxması da istisna deyil. Orelyenin “Uembli”də oynamaq ehtimalı 20 faizlə dəyərləndiriilir.

Qeyd edək ki, “Real”la “Borussiya” arasında matç iyunun 1-də baş tutacaq.

İdman.biz

Məqalədə: