Mövsümün ən yaxşı məşqçisi adına namizədlər açıqlanıb

Xəbərlər
9 May 2024 15:55
97
Mövsümün ən yaxşı məşqçisi adına namizədlər açıqlanıb

İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı məşqçisi adına namizədlərin adları açıqlanıb.

İdman.biz xəbər verir ki, siyahıda 5 mütəxəssisin adı yer alıb.

Onlardan dördü ispaniyalı məşqçidir. 2023/24 mövsümünün ən yaxşısı adına Mikel Arteta (“Arsenal”), Unay Emeri (“Aston Villa”), Pep Qvardiola (“Mançester Siti”), Andoni İraola (“Bormunt”) və Yurgen Klopp (“Liverpul”) iddia edirlər. Mükafatın sahibi futbol ekspertləri və azarkeşlər arasında aparılan səsvermə ilə bəlli olacaq.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı məşqçisi mayın 21-də açıqlanacaq.

İdman.biz

Məqalədə: