Çempionlar Liqasında yarımfinalın ilk oyunlarına yekun vurulub.
İdman.biz xəbər verir ki, günün yeganə matçı Almaniyada təşkil olunub.
Matç Dortmundda baş tutub və yerli “Borussiya” öz meydanında PSJ-ni məğlub edib. Oyunun taleyini həll edən yeganə qolu Fullkruq vurub. Parislilər fasilədən sonra fərqlənmək üçün bir neçə qol vəziyyəti yaratsalar da, topu qapıdan keçirmək mümkün olmayıb.
Qeyd edək ki, yarımfinalın digər qarşılaşmasında “Bavariya” ilə “Real” məhsuldar heç-heçə edib – 2:2.
Çempionlar Liqası
Yarımfinal, ilk oyun
1 may
23:00. “Borussiya” D – PSJ - 1:0
Qol: Fullkruq, 36
Baş hakim: Entoni Teylor (İngiltərə)
Dortmund. “Siqnal İduna Park”
İdman.biz
