AFFA rəsmisi “Qalatasaray”ın oyununa təyinat alıb

Xəbərlər
14 Sentyabr 2023 13:05
74
AFFA rəsmisi “Qalatasaray”ın oyununa təyinat alıb

AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.

İdman.biz xəbər verir ki, UEFA Gənclər Liqasının qrup mərhələsinin I turu çərçivəsində “Qalatasaray” (Türkiyə) – "Kopenhagen" (Danimarka) oyununun UEFA nümayəndəsi həmyerlimiz olacaq.

Görüş sentyabrın 20-də, İstanbulda keçiriləcək.

İdman.biz