“Mançester Yunayted”dən Varan qərarı

Xəbərlər
27 Aprel 2024 12:27
“Mançester Yunayted”dən Varan qərarı

“Mançester Yunayted”in futbolçusu Rafael Varanla bağlı planları bəlli olub.

İdman.biz xəbər verir ki, İngiltərə klubu müdafiəçisini başqa komandaya buraxmağa qərar verib.

31 yaşlı fransalının xidmətində maraqlı olan klub tapılsa, Premyer Liqa təmsilçisi onun pulsuz keçidinə razılaşacaq. Mançesterlilər hazırda zədədən sonra bərpa prosesi keçən müdafiəçini saxlamağa ehtiyac görmürlər.

Qeyd edək ki, Varan mövsümün 30 matçında 1 qola imza atıb.

İdman.biz