İlqar Qurbanov: “Belə turnirlərin Azərbaycan futboluna çox xeyri var”

Xəbərlər
9 May 2024 15:01
İlqar Qurbanov: “Belə turnirlərin  Azərbaycan futboluna çox xeyri var”

“Belə bir turnirdə iştirak etdiyim üçün çox xoşbəxtəm”.

Bunu İdman.bizə açıqlamasında İdman səfiri İlqar Qurbanov deyib.

Azərbaycan millisinin sabiq futbolçusu Bakı kənd və qəsəbələri arasında keçirilən II minifutbol turnirinin həlledici görüşlərindən sonra fikirlərini açıqlayıb. O bildirib ki, bu yarış sayəsində gənclik illərinə, hətta uşaqlığına qayıdıb: “Yarışda iştirak edən uşaqların üzlərindəki emosiaları, sevinc hissini görəndə istər-istəməz öz uşaqlığımız yadımıza düşdü. Çünki biz də belə bir turnirlərin olmasını çox gözləyərdik. Bu yarışın təşkilində əməyi keçən hər kəsə təşəkkür edirəm. Çünki belə turnirlərin Azərbaycan futboluna çox xeyri var. Regionlarda, Bakı kəndlərində yaxşı futbolçu tapa bilərik. Çünki bacarıqlı və perspektivli uşaqlarımız var. Hansı ki, bu günkü turnirdə də biz bacarıqlı uşaqların olduğunu gördük. Ötən il də bu yarışdan bəzi oyunçuları seleksiya edərək, klublarımız öz komandalarına dəvət etdilər. Ümumi olaraq bu tədbirlərin çox olması uşaqların inkişafı və özlərini göstərməsi üçün vacibdir”.

Qeyd edək ki, turnirin qalibi “Günəşli” olub.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: