Qurbanov AFFA-ya inanır

Müsahibə
9 May 2024 15:29
84
Qurbanov AFFA-ya inanır

Azərbaycan millisinin sabiq futbolçusu İlqar Qurbanov yığmaya hansı baş məşqçinin gətiriləcəyindən xəbərsizdir.

Bunu İdman.bizə futbol veteranının özü açıqlayıb.

O bildirib ki, milliyə kimin gətiriləcəyini bilməsə də, AFFA-nın düzgün seçim edərək yaxşı addım atacağına inanır: "Mənim bu barədə bir dəqiq məlumatım yoxdur. Xeyirlisi olsun. Düşünürəm ki, AFFA rəhbərliyi hansı məşqçinin gəlməsini məsləhət görsə, o da Azərbaycan futbolu üçün yaxşı bir addım olar".

Qeyd edək ki, Canni de Byazi ilə müqavilə başa çatdıqdan sonra millimiz yarım ilə yaxındır baş məşqçisizdir.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: