“Liverpul” yeni baş məşqçi üçün 15 milyon ödəyəcək

Xəbərlər
26 Aprel 2024 19:23
141
“Liverpul” yeni baş məşqçi üçün 15 milyon ödəyəcək

“Liverpul” baş məşqçisi axtarışlarını yekunlaşdırıb.

İdman.biz xəbər verir ki, İngiltərə mətbuatında yaxın 48 saatda komandaya rəhbərlik edəcək yeni mütəxəssisin adının açıqlanacağı bildirilib.

“Qırmızılar” hollandiyalı baş məşqçi Arne Slotla danışıqları sona çatdırmaq üzrədirlər. Əməkdaşlıq üçün “Liverpul” onun fəaliyyət göstərdiyi “Feyenoord”a 15 milyon avro kompensasiya ödəyəcək. 45 yaşlı mütəxəssislə 2 illik müqavilə bağlanacaq.

Qeyd edək ki, almaniyalı mütəxəssis Yurgen Klopp yanvarda “Liverpul”u tərk edəcəyini açıqlayıb.

İdman.biz