Kaxaber Tsxadadze: “Bir az da diqqətli oynaya bilsəydik...”

Xəbərlər
20 Aprel 2024 19:37
Kaxaber Tsxadadze: “Bir az da diqqətli oynaya bilsəydik...”

“Müsbət məqamla başlayım ki, oyunu uduzmadıq”.

İdman.biz xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze deyib.

Gürcü mütəxəssis Azərbaycan Premyer Liqasının XXXI turunun “Qarabağ”la heç-heçə başa çatan oyunu şərh edib. Tsxadadze komandanın adi top itkilərinə yol verdiyini bildirib: “Matçın daha bir müsbət tərəfi isə hesabda geri olduğumuz görüşdə məğlub olmadıq. Amma təəssüf ki, çox sayda sadə səhvlər oldu. “Qarabağ”la oynayanda gərginliyin olması başadüşüləndir. Çünki belə bir səviyyəli kluba qarşı oynayırdıq. Buna görə çox adi top itkilərinə yol verirdik. Əgər bir az da diqqətli oynaya bilsəydik, oyunumuz da daha yaxşı olardı. Futbolçulara görülən işə görə təşəkkür edirəm. İndi qarşıda "Kəpəz"lə ilin ən vacib oyunu olacaq. Hər şeyi kənara qoyub ayın 24-də keçiriləcək həmin matça hazırlaşmalıyıq”.

Qeyd edək ki, “Qarabağ” – “Qəbələ” matçı 2:2 hesabı ilə başa çatıb.

İdman.biz