“Neftçi”nin futbolçusu Rusiya klublarının hədəfində

Xəbərlər
17 Aprel 2024 09:20
187
“Neftçi”nin futbolçusu Rusiya klublarının hədəfində

“Neftçi”nin futbolçusu Reziuan Mirzov mövsümün sonunda Bakı klubundan ayrıla bilər.

İdman.biz “metaratings.ru”ya istinadən xəbər verir ki, müqaviləsi bitəcək 30 yaşlı vinger Azərbaycanda qalmaqda maraqlı deyil.

O, artıq Rusiya Premyer Liqa klublarından təkliflər də alıb. Mirzov özü də vətəninə qayıtmaq arzusundadır.

Qeyd edək ki, müqaviləsi iyunun 30-da başa çatacaq futbolçu “Neftçi”də 27 oyuna çıxıb və bir qol vurub.

İdman.biz