“Vur Cup” start götürüb - FOTO - VİDEO

Xəbərlər
8 Aprel 2024 12:45
775
“Vur Cup” start götürüb - FOTO - VİDEO

AFFA və AMF-in təşkilatçılığı ilə keçirilən “Vur Cup”da U-19 liqasına start verilib.

İdman.biz xəbər verir ki, 4 qrupda 16 komandanın iştirakı ilə təşkil olunan yarışın ilk turu çərçivəsində 8 oyun keçirilib.

Bu qarşılaşmalardan ikisində heç-heçə qeydə alınıb, ikisində komandalardan biri qol vurmayıb.

“Vur Cup”
I tur
A qrupu

UNEC - “Ada Black Rose” - 0:3
“Glodemia” - “BMS Goats” - 5:0

B qrupu
“Roof Academy FC” - “Vikings” - 7:1
“Xarı bülbül” - “ABC Lions” - 4:1

C qrupu
“Land of Fire” - “Kuley City” - 1:5
“Landau Lions” - “MYC Wamers” - 4:4

D qrupu
“Chudori” – “Rage FC” - 1:2
“Elitar” - “134 Warmers” - 1:1

Reqlamentə əsəsən, hər qrupda ilk 2 yeri tutan komandalar 1/4 finala adlayacaq. Pley-off görüşləri 2 qarşılaşmadan ibarət olacaq. Turnirin finalı isə iyunun 9-da keçiriləcək.

Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd gəncləri sağlam həyat tərzinə cəlb etmək, zərərli vərdişlərdən uzaqlaşdırmaq, sağlam mühit və sağlam gələcək adına onlar arasında idmanın təbliğini artırmaqdır.

İdman.biz

Məqalədə: