Vüsal İsayev: “Asan qrupa düşməmişik”

Müsahibə
5 Aprel 2024 14:11
511
Vüsal İsayev: “Asan qrupa düşməmişik”

“Rəqiblərimizdən Avstriya istisna olmaqla, İtaliya və Fransa millilərini tanıyırıq”.

Bunu İdman.bizə Azərbaycan millisinin minifutbolçusu Vüsal İsayev deyib.

O, yığmanın Bosniya və Herseqovinada keçiriləcək Avropa çempionatının püşkünü dəyərləndirib. İsayevin sözlərinə görə, son dünya çempionatında Fransa ilə, Avropa çempionatında isə İtaliya ilə qarşılaşıblar: “Düşünürəm ki, komandalar illər keçdikcə daha da yaxşı inkişaf edir. Ötən Avropa çempionatında zəif iştirak edən yığmalar son mundialda yaxşı oynadı. Rəqiblərimiz çətindir. Asan qrupa düşməmişik. Bu baxımdan qarşılaşmaların olduqca ağır və gərgin keçəcəyini bilirik. Çünki Fransa və İtaliya millisinin kökü futbola dayanır. Hər şeyə rəğmən əlimizdən gələni edəcəyik. Bu çətinlikdən layiqli çıxmaq üçün çalışacağıq”.

Qeyd edək ki, Avropa çempionatı iyunun 1-dən 9-na qədər Sarayevo şəhərində baş tutacaq.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: