“Neftçi”də itki

Xəbərlər
3 Aprel 2024 13:24
336
“Neftçi”də itki

“Neftçi” Azərbaycan kubokunun “Qarabağ”la yarımfinaldakı cavab oyununa itki ilə çıxacaq.

İdman.biz xəbər verir ki, Eddi İsrafilov səfər matçını buraxacaq.

32 yaşlı yarımmüdafiəçi cəzalı duruma düşüb. O, “Qarabağ”la evdəki ilk qarşılaşmada (0:4) sarı vərəqə alıb. Eddi 1/4 finalın “Sumqayıt”la səfər (3:2) matçında da sarı vərəqə aldığı üçün 2-ci xəbərdarlığa görə qarşıdakı oyunu buraxacaq.

Qeyd edək ki, yarımfinalın cavab oyunları çərçivəsində baş tutacaq “Qarabağ” – “Neftçi” matçı aprelin 24-də keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz