Servet Yardımçı: “Azərbaycan futbolu son illərdə böyük bir dəyişim içərisindədir”

Xəbərlər
2 Aprel 2024 11:12
156
Servet Yardımçı: “Azərbaycan futbolu son illərdə böyük bir dəyişim içərisindədir”

“Biz 16 ildəki strategiyanın gələcək illərdə də uğur gətirəcəyinə inanırıq.”

İdman.biz xəbər verir ki, bu sözləri UEFA İcraiyyə Komitəsinin üzvü Servet Yardımçı AFFA-nın Hesabat-Seçki Konfransında çıxışı zamanı deyib.

O bildirib ki, bu illər ərzində Azərbaycan futbolu enişli, yoxuşlu yollardan keçib: “Azərbaycan futbolu son illərdə böyük bir dəyişim içərisindədir. Burada bir neçə strategiya var. İlk növbədə futbolda ədalətlilik prinsipləri əsas məqsəd kimi götürülür. Bütün amillərlə birlikdə qarşımızda olan illərdə Avropada da bu prinsiplərin dəlalət edilməsinə önəm veririk. Buna 2022-ci ildən başlanılaraq kütləvi futbol, qadın futbolu və infrastrukturun dəstəklənməsi daxildir. AFFA-ya əlimizdən gələn yardımı göstərəcəyik. Yeni tskildə yeni fürsətlər üçün lazımı kömək edəcəyik. Futbol böyük bir məhfumdur, milyonlarla azarkeşi bir araya gətirir. Dünya futbol cəmiyyəti olaraq bunun inklüzivliyini davamlı edəcəyik. “Qarabağ” bu il böyük əməklə yeni tarixlərə imza atdı. Düşünürəm ki, bu davamlı olacaq”.

Banuçiçək Hüseynli
İdman.biz