Dmitri Selyuk: “Azərbaycanlılar üçün Çerçesov şirin piroq sayılmır”

Müsahibə
29 Mart 2024 11:23
460
Dmitri Selyuk: “Azərbaycanlılar üçün Çerçesov şirin piroq sayılmır”

“Stanislav Çerçesovun Azərbaycan millisinin baş məşqçisi postuna namizəd olması xəbəri çoxdan yayılıb. Bir çox yığmalar onun xidmətində maraqlıdır”.

İdman.biz xəbər verir ki, bunu futbol agenti Dmitri Selyuk deyib.

Rusiya mətbuatına açıqlama verən mütəxəssis Stanislav Çerçesovun Azərbaycan millisinin baş məşqçisi postuna namizəd olmasına münasibət bildirib: “Məsələ ondadır ki, bu, Çerçesova lazımdırmı? Onun dəvət edilməsi Çerçesova hörmətlə yanaşılmasının əlamətidir. Amma mən hər iki tərəf üçün müsbət məqamın varlığını görmürəm. Düzdür, Çerçesov Rusiya millisini çalışdırıb. Amma yığmaya dünya çempionatından əvvəl rəhbərlik edib. Hətta az qala “tükdən asılı vəziyyət”də idi. Bütün iştirakçılara hörmətim olsa da, dünya çempionatında meydan sahibini qabağa “dartmağa” cəhd edirlər. O, bu yaxınlarda “Ferensvaroş”u çalışdırıb. Düşünürəm ki, onun özü də indi yığmadan çox klubda işləməyi istəyir”.

Selyuk məsələyə Azərbaycan tərəfdən də yaşanıb: “Qafqaz regionudur, Çerçesov da yetərincə sərt məşqçidir. Hesab edirəm ki, yığmanın baş məşqçisi postunu daha çox psixoterapevt, hamı üçün “ata” olan biri tutmalıdır. Onu Visente Del Boskenin tipajına uyğun sayıram - oyunçulara daha çox “konfet” verən mütəxəssis. Çerçesov özü də qafqazlıdır və “oyun”un qaydalarını bilir. Eyni zamanda da sərtdir”.

Agent Çerçesovun yığmaya ayıra biləcəyi vaxta da toxunub: “Yığma üç gün müddətinə toplanır. Millidə xüsusi məşq keçməyə də ehtiyac olmur. Yığma məşqçisinə vacib olan futbolçuları düzgün seçmək və mikromühit yaratmaqdır. Sürətli və düzgün reaksiya vermək bacarığı da zəruridir. Azərbaycanlı futbolçular dünya ölkələrində çox deyil. Onların əksəriyyəti öz çempionatlarındadır. Bu komandanın qrup liderliyi uğrunda mübarizə apardığını demək olmaz. Adətən aşağı hissələrdə yer alırlar. Bu, Çerçesovun imici üçün o qədər də yaxşı deyil. Amma azərbaycanlılar üçün də Çerçesov şirin piroq sayılmır. Onun üçün ev atmosferinin olacağını düşünmürəm. Amma Azərbaycan millisinin onunla maraqlanması bir faktdır. Mən bunu bilirdim”.

Qeyd edək ki, Çerçesovun Azərbaycan millisinin baş məşqçisi postuna üç namizəddən biri olduğu iddia edilir.

İdman.biz