Bojoviç Musayevin “Sabah”dakı işinə qiymət verib

27 Mart 2024 14:42
421
Bojoviç Musayevin “Sabah”dakı işinə qiymət verib

“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç Murad Musayevin Azərbaycandakı fəaliyyətinə qiymət verib.

İdman.biz xəbər verir ki, monteneqrolu mütəxəssis “Sabah”dan ayrıldıqdan sonra “Krasnodar”ın baş məşqçisi təyin olunan rusiyalı barədə fikirlərini açıqlayıb.

O, Musayevin Azərbaycandakı işini müsbət qiymətləndirib: “Bəli, Musayev daha yaxşı məşqçi olub. O, Azərbaycanda “Sabah”la ikinci yeri tutub. Çox yaxşı işləyib. Amma əsas məsələ onun “Krasnodar”da müstəqil qərarlar verə biləcəyindən asılıdır”.

Qeyd edək ki, Musayev Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qarabağ”la ilk oyunundan (1:7) sonra postundan ayrılıb.

İdman.biz

Məqalədə: