“Neftçi”nin baş məşqçisindən proqnoz: “İnanmıram”

Xəbərlər
27 Mart 2024 14:23
147
“Neftçi”nin baş məşqçisindən proqnoz: “İnanmıram”

“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç Rusiya çempionatı ilə bağlı proqnoz verib.

İdman.biz xəbər verir ki, monteneqrolu mütəxəssis Premyer Liqanın mükafatçıları ilə bağlı təxminini açıqlayıb.

Rusiya mətbuatına açıqlama verən çalışdırıcı ilk “üçlük”də yer alacaq komandalardan ikisinin adını qeyd edib: “Zenit”, “Dinamo”, amma “Krasnodar”la bağlı əmin deyiləm. Mənə elə gəlir ki, onlar çempionatın yekununda “üçlüy”ü tərk edəcək. Əvəzində başqa hansısa komanda mükafat qazanacaq. Amma bu komandanı demək çətindir. “Zenit”lə “Dinamo”nun “üçlük”də olması dəqiqdir. “Krasnodar”a isə sadəcə, inanmıram”.

Qeyd edək ki, Bojoviç uzun illər Rusiyanın bir sıra klublarında baş məşqçi olub.

İdman.biz